Sure #55Medinan78 VersesJuz 27
الرحمن

Sure Ar-Rahman

Meaning: The Beneficent

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

اِ۬لرَّحۡمَٰنُ

Mərhəmətli Allah

2

عَلَّمَ اَ۬لۡقُرۡءَانَ

Quranı öyrətdi

3

خَلَقَ اَ۬لۡإِنسَٰنَ

İnsanı yaratdı

4

عَلَّمَهُ اُ۬لۡبَيَانَ

ona danışmağı öyrətdi

5

اَ۬لشَّمۡسُ وَاَلۡقَمَرُ بِحُسۡبَانࣲ‏

Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir

6

وَاَلنَّجۡمُ وَاَلشَّجَرُ يَسۡجُدَانِ

Otlar da, ağaclar da səcdə edir

7

وَاَلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ اَ۬لۡمِيزَانَ

Allah göyü ucaltdı və tərəzini qoydu ki

8

أَلَّا تَطۡغَوۡاْ فِي اِ۬لۡمِيزَانِ

çəkidə həddi aşmayasınız

9

وَأَقِيمُواْ اُ۬لۡوَزۡنَ بِالۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ اُ۬لۡمِيزَانَ

Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin

10

وَاَلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ

O, yeri məxluqat üçün döşədi

11

فِيهَا فَٰكِهَةࣱ وَاَلنَّخۡلُ ذَاتُ اُ۬لۡأَكۡمَامِ

Orada meyvələr və salxımlı xurma ağacları vardır

12

وَاَلۡحَبُّ ذُو اُ۬لۡعَصۡفِ وَاَلرَّيۡحَانُ

Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır

13

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

14

خَلَقَ اَ۬لۡإِنسَٰنَ مِن صَلۡصَٰلࣲ كَاَلۡفَخّ۪ارِ

O, insanı saxsı kimi quru gildən yaratdı

15

وَخَلَقَ اَ۬لۡجَآنَّ مِن مَّارِجࣲ مِّن نّ۪ارࣲ‏

cinləri də təmiz oddan yaratdı

16

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

17

رَبُّ اُ۬لۡمَشۡرِقَيۡنِ وَرَبُّ اُ۬لۡمَغۡرِبَيۡنِ

Allah iki məşriqin və iki məğribin Rəbbidir

18

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

19

مَرَجَ اَ۬لۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu

20

بَيۡنَهُمَا بَرۡزَخࣱ لَّا يَبۡغِيَانِ

Onların arasında maneə vardır, onu keçə bilməzlər

21

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

22

يُخۡرَجُ مِنۡهُمَا اَ۬للُّؤۡلُؤُ وَاَلۡمَرۡجَانُ

Onlardan mirvari və mərcan çıxır

23

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

24

وَلَهُ اُ۬لۡجَوَارِ اِ۬لۡمُنشَـَٔاتُ فِي اِ۬لۡبَحۡرِ كَاَلۡأَعۡلَٰمِ

Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur

25

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

26

كُلُّ مَنۡ عَلَيۡهَا فَانࣲ‏

Yer üzündə olan hər kəs ölümə məhkumdur

27

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو اُ۬لۡجَلَٰلِ وَاَلۡإِكۡرَامِ

Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir

28

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

29

يَسۡـَٔلُهُۥ مَن فِي اِ۬لسَّمَٰوَٰتِ وَاَلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنࣲ‏

Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir

30

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

31

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ اَ۬لثَّقَلَانِ

Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq

32

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

33

يَٰمَعۡشَرَ اَ۬لۡجِنِّ وَاَلۡإِنسِ إِنِ اِ۪سۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡط۪ارِ اِ۬لسَّمَٰوَٰتِ وَاَلۡأَرۡضِ فَاَنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنࣲ‏

Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz

34

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

35

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظࣱ مِّن نّ۪ارࣲ وَنُحَاسࣲ فَلَا تَنتَصِرَانِ

Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz

36

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

37

فَإِذَا اَ۪نشَقَّتِ اِ۬لسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةࣰ كَاَلدِّهَانِ

Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır

38

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

39

فَيَوۡمَئِذࣲ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسࣱ وَلَا جَآنࣱّ‏

O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır

40

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

41

۞يُعۡرَفُ اُ۬لۡمُجۡرِمُونَ بِسِيمٰٜهُمۡ فَيُؤۡخَذُ بِالنَّوَٰصِي وَاَلۡأَقۡدَامِ

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar

42

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

43

هَٰذِهِۦ جَهَنَّمُ اُ۬لَّتِي يُكَذِّبُ بِهَا اَ۬لۡمُجۡرِمُونَ

Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm

44

يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانࣲ‏

Onlar onunla qaynar su arasında dolanacaqlar

45

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

46

وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ

Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir

47

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

48

ذَوَاتَآ أَفۡنَانࣲ‏

İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır

49

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

50

فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ

İkisində də iki axar bulaq vardır

51

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

52

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةࣲ زَوۡجَانِ

İkisində də hər meyvədən qoşa-qoşa vardır

53

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

54

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۢ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقࣲۚ وَجَنَى اَ۬لۡجَنَّتَيۡنِ دَانࣲ‏

Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır

55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

56

فِيهِنَّ قَٰصِرَٰتُ اُ۬لطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسࣱ قَبۡلَهُمۡ وَلَا جَآنࣱّ‏

Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır

57

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

58

كَأَنَّهُنَّ اَ۬لۡيَاقُوتُ وَاَلۡمَرۡجَانُ

Onlar sanki yaqut və mərcandırlar

59

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

60

هَلۡ جَزَآءُ اُ۬لۡإِحۡسَٰنِ إِلَّا اَ۬لۡإِحۡسَٰنُ

Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi

61

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

62

وَمِن دُونِهِمَا جَنَّتَانِ

Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır

63

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

64

مُدۡهَآمَّتَانِ

Hər ikisi tünd yaşıldır

65

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

66

فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ

İkisində də fəvvarə vuran iki bulaq vardır

67

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

68

فِيهِمَا فَٰكِهَةࣱ وَنَخۡلࣱ وَرُمَّانࣱ‏

İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır

69

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

70

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانࣱ‏

Orada xoş xasiyyətli, gözəl qızlar vardır

71

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

72

۞حُورࣱ مَّقۡصُورَٰتࣱ فِي اِ۬لۡخِيَامِ

Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır

73

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

74

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسࣱ قَبۡلَهُمۡ وَلَا جَآنࣱّ‏

Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır

75

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

76

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرࣲ وَعَبۡقَرِيٍّ حِسَانࣲ‏

Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər

77

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

78

تَبَٰرَكَ اَ۪سۡمُ رَبِّكَ ذِي اِ۬لۡجَلَٰلِ وَاَلۡإِكۡرَامِ

Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir