Sure #54Meccan55 VersesJuz 27
القمر

Sure Al-Qamar

Meaning: The Moon

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

اِ۪قۡتَرَبَتِ اِ۬لسَّاعَةُ وَاَنشَقَّ اَ۬لۡقَمَرُ

O Saat yaxınlaşdı və ay bölündü

2

وَإِن يَرَوۡاْ ءَايَةࣰ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرࣱ مُّسۡتَمِرࣱّ‏

Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər

3

وَكَذَّبُواْ وَاَتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرࣲ مُّسۡتَقِرࣱّ‏

Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır

4

وَلَقَد جَّآءَهُم مِّنَ اَ۬لۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ

Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir

5

حِكۡمَةُۢ بَٰلِغَةࣱۖ فَمَا تُغۡنِ اِ۬لنُّذُرُ

Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər

6

فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ اُ۬لدَّاعِۦٓ إِلَىٰ شَيۡءࣲ نُّكُرٍ

Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

7

خَٰشِعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ اَ۬لۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادࣱ مُّنتَشِرࣱ‏

onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar

8

مُّهۡطِعِينَ إِلَى اَ۬لدَّاعِۦۖ يَقُولُ اُ۬لۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرࣱ‏

Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər

9

۞كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحࣲ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونࣱ وَاَزۡدُجِرَ

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər

10

فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبࣱ فَاَنتَصِرۡ

O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi

11

فَفَتَحۡنَآ أَبۡوَٰبَ اَ۬لسَّمَآءِ بِمَآءࣲ مُّنۡهَمِرࣲ‏

Biz göyün qapılarını leysan yağışı ilə açdıq

12

وَفَجَّرۡنَا اَ۬لۡأَرۡضَ عُيُونࣰ ا فَاَلۡتَقَى اَ۬لۡمَآءُ عَلَىٰٓ أَمۡرࣲ قَدۡ قُدِرَ

Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu

13

وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحࣲ وَدُسُرࣲ‏

Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq

14

تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءࣰ لِّمَن كَانَ كُفِرَ

İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi

15

وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةࣰ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı

16

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

Görəydin Mənim əzabım və qorxutmağım necə oldu

17

وَلَقَدۡ يَسَّرۡنَا اَ۬لۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı

18

كَذَّبَتۡ عَادࣱ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu

19

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحࣰ ا صَرۡصَرࣰ ا فِي يَوۡمِ نَحۡسࣲ مُّسۡتَمِرࣲّ‏

Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik

20

تَنزِعُ اُ۬لنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلࣲ مُّنقَعِرࣲ‏

O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı

21

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

Görəydin Mənim əzabım və qorxutmağım necə oldu

22

وَلَقَدۡ يَسَّرۡنَا اَ۬لۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı

23

كَذَّبَت ثَّمُودُ بِالنُّذُرِ

Səmud qövmü də xəbərdarlıqları yalan saydı

24

فَقَالُوٓاْ أَبَشَرࣰ ا مِّنَّا وَٰحِدࣰ ا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذࣰ ا لَّفِي ضَلَٰلࣲ وَسُعُرٍ

Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq

25

أَ۟لۡقِيَ اَ۬لذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرࣱ‏

Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”

26

سَيَعۡلَمُونَ غَدࣰ ا مَّنِ اِ۬لۡكَذَّابُ اُ۬لۡأَشِرُ

Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər

27

إِنَّا مُرۡسِلُواْ اُ۬لنَّاقَةِ فِتۡنَةࣰ لَّهُمۡ فَاَرۡتَقِبۡهُمۡ وَاَصۡطَبِرۡ

Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et

28

وَنَبِّئۡهُمۡ أَنَّ اَ۬لۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبࣲ مُّحۡتَضَرࣱ‏

Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”

29

فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ

Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi

30

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

Görəydin Mənim əzabım və qorxutmağım necə oldu

31

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةࣰ وَٰحِدَةࣰ فَكَانُواْ كَهَشِيمِ اِ۬لۡمُحۡتَظِرِ

Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular

32

وَلَقَدۡ يَسَّرۡنَا اَ۬لۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı

33

كَذَّبَتۡ قَوۡمُ لُوطِۢ بِالنُّذُرِ

Lut qövmü də xəbərdarlıqları yalan saydı

34

۞إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطࣲۖ نَّجَّيۡنَٰهُم بِسَحَرࣲ‏

Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

35

نِّعۡمَةࣰ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ

Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq

36

وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِالنُّذُرِ

Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar

37

وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”

38

وَلَقَد صَّبَّحَهُم بُكۡرَةً عَذَابࣱ مُّسۡتَقِرࣱّ‏

Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi

39

فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

Elə isə əzabımı və təhdidlərimi dadın

40

وَلَقَدۡ يَسَّرۡنَا اَ۬لۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı

41

وَلَقَد جَّآ ءَالَ فِرۡعَوۡنَ اَ۬لنُّذُرُ

Xəbərdarlıqlar Firon nəslinə də göndərildi

42

كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزࣲ مُّقۡتَدِرٍ

Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq

43

أَكُفَّارُكُمۡ خَيۡرࣱ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةࣱ فِي اِ۬لزُّبُرِ

Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir

44

أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعࣱ مُّنتَصِرࣱ‏

Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər

45

سَيُهۡزَمُ اُ۬لۡجَمۡعُ وَيُوَلُّونَ اَ۬لدُّبُرَ

Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır

46

بَلِ اِ۬لسَّاعَةُ مَوۡعِدُهُمۡ وَاَلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ

Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır

47

إِنَّ اَ۬لۡمُجۡرِمِينَ فِي ضَلَٰلࣲ وَسُعُرࣲ‏

Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər

48

يَوۡمَ يُسۡحَبُونَ فِي اِ۬لنّ۪ارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcəkdir

49

إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرࣲ‏

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq

50

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةࣱ كَلَمۡحِۢ بِالۡبَصَرِ

Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir

51

وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرࣲ‏

Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı

52

وَكُلُّ شَيۡءࣲ فَعَلُوهُ فِي اِ۬لزُّبُرِ

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır

53

وَكُلُّ صَغِيرࣲ وَكَبِيرࣲ مُّسۡتَطَرٌ

Hər bir kiçik və böyük əməl yazılmışdır

54

إِنَّ اَ۬لۡمُتَّقِينَ فِي جَنَّٰتࣲ وَنَهَرࣲ‏

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında

55

فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكࣲ مُّقۡتَدِرِۢ

qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar