Sure #56Meccan96 VersesJuz 27
الواقعة

Sure Al-Waqi'ah

Meaning: The Inevitable

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

إِذَا وَقَعَتِ اِ۬لۡوَاقِعَةُ

Vaqiə qopacağı zaman

2

لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ

onun qopduğunu heç kəs dana bilməz

3

خَافِضَةࣱ رَّافِعَةٌ

O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır

4

إِذَا رُجَّتِ اِ۬لۡأَرۡضُ رَجࣰّ ا

Yer şiddətlə titrədiyi zaman

5

وَبُسَّتِ اِ۬لۡجِبَالُ بَسࣰّ ا

Dağlar parça-parça olub ovxalandığı

6

فَكَانَتۡ هَبَآءࣰ مُّنۢبَثࣰّ ا

və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman

7

وَكُنتُمۡ أَزۡوَٰجࣰ ا ثَلَٰثَةࣰ‏

siz üç dəstəyə ayrılacaqsınız

8

فَأَصۡحَٰبُ اُ۬لۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ اُ۬لۡمَيۡمَنَةِ

Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri

9

وَأَصۡحَٰبُ اُ۬لۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ اُ۬لۡمَشۡـَٔمَةِ

Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri

10

وَاَلسَّٰبِقُونَ اَ۬لسَّٰبِقُونَ

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər

11

أُوْلَٰٓئِكَ اَ۬لۡمُقَرَّبُونَ

Onlar Allaha yaxın olanlar

12

فِي جَنَّٰتِ اِ۬لنَّعِيمِ

Nəim bağlarında qalacaq kimsələrdir

13

ثُلَّةࣱ مِّنَ اَ۬لۡأَوَّلِينَ

Onların çoxu əvvəlki nəsillərdən

14

وَقَلِيلࣱ مِّنَ اَ۬لۡأٓخِرِينَ

az bir qismi də axırıncılardandır

15

عَلَىٰ سُرُرࣲ مَّوۡضُونَةࣲ‏

Onlar bəzənmiş taxtlar üstündə

16

مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ

qarşı-qarşıya əyləşib dirsəklənəcəklər

17

يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنࣱ مُّخَلَّدُونَ

Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar

18

بِأَكۡوَابࣲ وَأَبَارِيقَ وَكَأۡسࣲ مِّن مَّعِينࣲ‏

çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

19

لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزَفُونَ

ondan başları ağrımaz və məst olmazlar

20

وَفَٰكِهَةࣲ مِّمَّا يَتَخَيَّرُونَ

bəyənib seçdikləri meyvələr

21

وَلَحۡمِ طَيۡرࣲ مِّمَّا يَشۡتَهُونَ

və istədikləri quş əti ilə hərlənəcəklər

22

وَحُورٌ عِينࣱ‏

Onları iri qaragözlü hurilər gözləyir –

23

كَأَمۡثَٰلِ اِ۬للُّؤۡلُوِٕ اِ۬لۡمَكۡنُونِ

sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər

24

جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

Bu, onların etdikləri əməllərin mükafatı olacaq

25

لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوࣰ ا وَلَا تَأۡثِيمًا

Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər

26

إِلَّا قِيلࣰ ا سَلَٰمࣰ ا سَلَٰمࣰ ا

Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər

27

وَأَصۡحَٰبُ اُ۬لۡيَمِينِ مَآ أَصۡحَٰبُ اُ۬لۡيَمِينِ

Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri

28

فِي سِدۡرࣲ مَّخۡضُودࣲ‏

Onlar tikansız sidr ağacları arasında

29

وَطَلۡحࣲ مَّنضُودࣲ‏

meyvələri salxım-salxım asılmış banan ağacları altında

30

وَظِلࣲّ مَّمۡدُودࣲ‏

uzanmış kölgəliklərdə

31

وَمَآءࣲ مَّسۡكُوبࣲ‏

daim axan sular kənarında

32

وَفَٰكِهَةࣲ كَثِيرَةࣲ‏

çoxlu meyvələr

33

لَّا مَقۡطُوعَةࣲ وَلَا مَمۡنُوعَةࣲ‏

tükənməz və qadağan edilməyən meyvələr içində

34

وَفُرُشࣲ مَّرۡفُوعَةٍ

və hündür döşəklər üstündə olacaqlar

35

إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءࣰ‏

Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq

36

فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا

Onları bakirə qızlar edəcəyik –

37

عُرُبًا أَتۡرَابࣰ ا

ərlərini sevən, həmyaşıdlar

38

لِّأَصۡحَٰبِ اِ۬لۡيَمِينِ

Bunlar sağ tərəf sahibləri üçündür

39

۞ثُلَّةࣱ مِّنَ اَ۬لۡأَوَّلِينَ

Onların çoxu əvvəlki nəsillərdən

40

وَثُلَّةࣱ مِّنَ اَ۬لۡأٓخِرِينَ

bir qismi də axırıncılardandır

41

وَأَصۡحَٰبُ اُ۬لشِّمَالِ مَآ أَصۡحَٰبُ اُ۬لشِّمَالِ

Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri

42

فِي سَمُومࣲ وَحَمِيمࣲ‏

Onlar qızmar yel və qaynar su içində

43

وَظِلࣲّ مِّن يَحۡمُومࣲ‏

qapqara duman kölgəsində olacaqlar

44

لَّا بَارِدࣲ وَلَا كَرِيمٍ

Bu duman nə sərin, nə də xoşagələndir

45

إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ

Onlar bundan əvvəl cah-calal içində idilər

46

وَكَانُواْ يُصِرُّونَ عَلَى اَ۬لۡحِنثِ اِ۬لۡعَظِيمِ

böyük günah işlətməkdə israr edirdilər

47

وَكَانُواْ يَقُولُونَ أَٰى۪ذَا مُتۡنَا وَكُنَّا تُرَابࣰ ا وَعِظَٰمًا أَٰ۟نَّا لَمَبۡعُوثُونَ

və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik

48

أَوَءَابَآؤُنَا اَ۬لۡأَوَّلُونَ

Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

49

قُلۡ إِنَّ اَ۬لۡأَوَّلِينَ وَاَلۡأٓخِرِينَ

De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da

50

لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمࣲ مَّعۡلُومࣲ‏

bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar

51

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا اَ۬لضَّآلُّونَ اَ۬لۡمُكَذِّبُونَ

Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar

52

لَأٓكِلُونَ مِن شَجَرࣲ مِّن زَقُّومࣲ‏

Siz mütləq zəqqum ağacından yeyəcəksiniz

53

فَمَالِـُٔونَ مِنۡهَا اَ۬لۡبُطُونَ

qarınlarınızı onunla dolduracaqsınız

54

فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ اَ۬لۡحَمِيمِ

üstündən də qaynar su içəcəksiniz

55

فَشَٰرِبُونَ شَرۡبَ اَ۬لۡهِيمِ

Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”

56

هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ اَ۬لدِّينِ

Bu onların Haqq-hesab günündəki ziyafətidir

57

نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz

58

أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

Axıtdığınız nütfəni gördünüzmü

59

ءَٰا۬نتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ اُ۬لۡخَٰلِقُونَ

Onu siz yaradırsınız, yoxsa Biz

60

نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ اُ۬لۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz

61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz

62

وَلَقَدۡ عَلِمۡتُمُ اُ۬لنَّشَآءَةَ اَ۬لۡأُولٜ يٰ فَلَوۡلَا تَذَّكَّرُونَ

Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz

63

أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

Əkdiyinizi gördünüzmü

64

ءَٰا۬نتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ اُ۬لزَّٰرِعُونَ

Onu siz bitirirsiniz, yoxsa Biz

65

لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمࣰ ا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz

66

إِنَّا لَمُغۡرَمُونَ

və deyərdiniz: “Biz ziyana uğradıq

67

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

Daha doğrusu nemətlərdən məhrum olduq!”

68

أَفَرَءَيۡتُمُ اُ۬لۡمَآءَ اَ۬لَّذِي تَشۡرَبُونَ

İçdiyiniz suyu gördünüzmü

69

ءَٰا۬نتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ اَ۬لۡمُزۡنِ أَمۡ نَحۡنُ اُ۬لۡمُنزِلُونَ

Onu buluddan siz endirirsiniz, yoxsa Biz

70

لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجࣰ ا فَلَوۡلَا تَشۡكُرُونَ

Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz

71

أَفَرَءَيۡتُمُ اُ۬لنَّارَ اَ۬لَّتِي تُورُونَ

Yandırdığınız odu gördünüzmü

72

ءَٰا۬نتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ اُ۬لۡمُنشِـُٔونَ

Onun ağacını siz yaradırsınız, yoxsa Biz

73

نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةࣰ وَمَتَٰعࣰ ا لِّلۡمُقۡوِينَ

Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq

74

فَسَبِّحۡ بِاسۡمِ رَبِّكَ اَ۬لۡعَظِيمِ

Elə isə Ulu Rəbbinin adına təriflər de

75

۞فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ اِ۬لنُّجُومِ

Ulduzların batdığı yerlərə and olsun

76

وَإِنَّهُۥ لَقَسَمࣱ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz

77

إِنَّهُۥ لَقُرۡءَانࣱ كَرِيمࣱ‏

Həqiqətən, bu, ehtirama layiq Qurandır

78

فِي كِتَٰبࣲ مَّكۡنُونࣲ‏

qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır)

79

لَّا يَمَسُّهُۥٓ إِلَّا اَ۬لۡمُطَهَّرُونَ

Ona yalnız pak olanlar toxunur

80

تَنزِيلࣱ مِّن رَّبِّ اِ۬لۡعَٰلَمِينَ

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir

81

أَفَبِهَٰذَا اَ۬لۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ

Siz bu kəlamı yalan sayırsınız

82

وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ

Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz

83

فَلَوۡلَآ إِذَا بَلَغَتِ اِ۬لۡحُلۡقُومَ

Can boğaza yetişdiyi zaman –

84

وَأَنتُمۡ حِينَئِذࣲ تَنظُرُونَ

həmin an siz can verən adama baxırsınız

85

وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ

Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz

86

فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ

Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

87

تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

və doğru danışanlarsınız, onda, o canı geri qaytarın

88

فَأَمَّآ إِن كَانَ مِنَ اَ۬لۡمُقَرَّبِينَ

Amma əgər o, Allaha yaxın olanlardandırsa

89

فَرَوۡحࣱ وَرَيۡحَانࣱ وَجَنَّتُ نَعِيمࣲ‏

onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər

90

وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ اِ۬لۡيَمِينِ

Əgər o, sağ tərəf sahiblərindəndirsə

91

فَسَلَٰمࣱ لَّكَ مِنۡ أَصۡحَٰبِ اِ۬لۡيَمِينِ

ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir

92

وَأَمَّآ إِن كَانَ مِنَ اَ۬لۡمُكَذِّبِينَ اَ۬لضَّآلِّينَ

Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa

93

فَنُزُلࣱ مِّنۡ حَمِيمࣲ‏

onun ziyafəti qaynar su olacaq

94

وَتَصۡلِيَةُ جَحِيمٍ

özü də Cəhənnəmdə yanacaqdır

95

إِنَّ هَٰذَا لَهۡوَ حَقُّ اُ۬لۡيَقِينِ

Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir

96

فَسَبِّحۡ بِاسۡمِ رَبِّكَ اَ۬لۡعَظِيمِ

Elə isə Ulu Rəbbinin adına təriflər de