Sure #80Meccan42 VersesJuz 30
عبس

Sure 'Abasa

Meaning: He Frowned

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

عَبَسَ وَتَوَلّٜ يٰٓ

O qaşqabağını sallayıb üzünü yana çevirdi –

2

أَن جَآءَهُ اُ۬لۡأَعۡمٜ يٰ

yanına bir korun gəlməsinə görə

3

وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكّٜ يٰٓ

Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

4

أَوۡ يَذَّكَّرُ فَتَنفَعُهُ اُ۬لذِّكۡر۪يٰٓ

və yaxud nəsihət dinləyib faydalanacaqdı

5

أَمَّا مَنِ اِ۪سۡتَغۡنٜ يٰ

Nəsihətə ehtiyacı olmayana gəlincə isə –

6

فَأَنتَ لَهُۥ تَصَدّٜ يٰ

sən ona diqqət yetirirsən

7

وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكّٜ يٰ

Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur

8

وَأَمَّا مَن جَآءَكَ يَسۡعٜ يٰ

Səy göstərib sənin yanına gələn

9

وَهۡوَ يَخۡشٜ يٰ

Allahdan qorxan kimsəyə gəlincə

10

فَأَنتَ عَنۡهُ تَلَهّٜ يٰ

ona məhəl qoymursan

11

كَلَّآ إِنَّهَا تَذۡكِرَةࣱ‏

Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir

12

فَمَن شَآءَ ذَكَرَهُۥ

Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın

13

فِي صُحُفࣲ مُّكَرَّمَةࣲ‏

Bu Quran kəramətli səhifələrdədir

14

مَّرۡفُوعَةࣲ مُّطَهَّرَةِۢ

yüksək və pak səhifələrdədir

15

بِأَيۡدِي سَفَرَةࣲ‏

Bu səhifələr elçilərin əllərində –

16

كِرَامِۢ بَرَرَةࣲ‏

möhtərəm və müti olanların əllərindədir

17

قُتِلَ اَ۬لۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ

Qoy ölsün kafir insan! O necə də nankordur

18

مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ

Qoy baxıb görsün Allah onu nədən yaradıb

19

مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı

20

ثُمَّ اَ۬لسَّبِيلَ يَسَّرَهُۥ

Sonra da onun yolunu asanlaşdırdı

21

ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ

Sonra onu öldürüb qəbirə yerləşdirdi

22

ثُمَّ إِذَا شَآ أَنشَرَهُۥ

İstədiyi bir zaman onu dirildəcəkdir

23

كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ

Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir

24

فَلۡيَنظُرِ اِ۬لۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

Qoy insan yediyinə diqqət yetirsin bir az

25

إِنَّا صَبَبۡنَا اَ۬لۡمَآءَ صَبࣰّ ا

Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq

26

ثُمَّ شَقَقۡنَا اَ۬لۡأَرۡضَ شَقࣰّ ا

Sonra da yeri çat-çat yarıb

27

فَأَنۢبَتۡنَا فِيهَا حَبࣰّ ا

orada taxıl yetişdiririk

28

وَعِنَبࣰ ا وَقَضۡبࣰ ا

Habelə üzüm və yonca

29

وَزَيۡتُونࣰ ا وَنَخۡلࣰ ا

zeytun və xurma ağacları

30

وَحَدَآئِقَ غُلۡبࣰ ا

sıx-sıx bağlar

31

وَفَٰكِهَةࣰ وَأَبࣰّ ا

meyvələr və otlar da bitiririk

32

مَّتَٰعࣰ ا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür

33

فَإِذَا جَآءَتِ اِ۬لصَّآخَّةُ

Qulaqbatırıcı bir səs gələndə –

34

يَوۡمَ يَفِرُّ اُ۬لۡمَرۡءُ مِنۡ أَخِيهِ

o gün insan qaçacaq öz qardaşından

35

وَأُمِّهِۦ وَأَبِيهِ

anasından, atasından

36

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

arvadından və övladlarından

37

لِكُلِّ اِ۪مۡرِيࣲٕ مِّنۡهُمۡ يَوۡمَئِذࣲ شَأۡنࣱ يُغۡنِيهِ

O gün onlardan hər birinin yetərincə işi olacaqdır

38

۞وُجُوهࣱ يَوۡمَئِذࣲ مُّسۡفِرَةࣱ‏

O gün neçə-neçə üzlər parlayacaq

39

ضَاحِكَةࣱ مُّسۡتَبۡشِرَةࣱ‏

güləcək və fərəhlənəcəkdir

40

وَوُجُوهࣱ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةࣱ‏

O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq

41

تَرۡهَقُهَا قَتَرَةٌ

onları zülmət bürüyəcəkdir

42

أُوْلَٰٓئِكَ هُمُ اُ۬لۡكَفَرَةُ اُ۬لۡفَجَرَةُ

Məhz onlar kafirlər, günahkarlardır