Sure #78Meccan40 VersesJuz 30
النبأ

Sure An-Naba

Meaning: The Tidings

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

عَمَّ يَتَسَآءَلُونَ

Onlar nə barədə bir-birindən soruşurlar

2

عَنِ اِ۬لنَّبَإِ اِ۬لۡعَظِيمِ

Böyük bir xəbər barəsində –

3

اِ۬لَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ

elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər

4

كَلَّا سَيَعۡلَمُونَ

Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər

5

ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ

Bir daha xeyr! Onlar hökmən biləcəklər

6

أَلَمۡ نَجۡعَلِ اِ۬لۡأَرۡضَ مِهَٰدࣰ ا

Məgər Biz yeri yataq etmədikmi

7

وَاَلۡجِبَالَ أَوۡتَادࣰ ا

Dağları da payalar

8

وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجࣰ ا

Biz sizi cüt yaratdıq

9

وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتࣰ ا

Yuxunuzu da sizin üçün rahatlıq etdik

10

وَجَعَلۡنَا اَ۬لَّيۡلَ لِبَاسࣰ ا

Gecəni örtük etdik

11

وَجَعَلۡنَا اَ۬لنَّهَارَ مَعَاشࣰ ا

gündüzü isə ruzi qazanmaq vaxtı

12

وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعࣰ ا شِدَادࣰ ا

Üstünüzdə yeddi möhkəm göy qurduq

13

وَجَعَلۡنَا سِرَاجࣰ ا وَهَّاجࣰ ا

və çox parlaq bir çıraq yaratdıq

14

وَأَنزَلۡنَا مِنَ اَ۬لۡمُعۡصِرَٰتِ مَآءࣰ ثَجَّاجࣰ ا

Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki

15

لِّنُخۡرِجَ بِهِۦ حَبࣰّ ا وَنَبَاتࣰ ا

onunla taxıl və digər bitkilər yetişdirək

16

وَجَنَّٰتٍ أَلۡفَافًا

habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq

17

إِنَّ يَوۡمَ اَ۬لۡفَصۡلِ كَانَ مِيقَٰتࣰ ا

Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir

18

يَوۡمَ يُنفَخُ فِي اِ۬لصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجࣰ ا

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz

19

وَفُتِّحَتِ اِ۬لسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبࣰ ا

O gün göyün qapıları açılacaqdır

20

وَسُيِّرَتِ اِ۬لۡجِبَالُ فَكَانَت سَّرَابًا

Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək

21

إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادࣰ ا

Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir

22

لِّلطَّٰغِينَ مَـَٔابࣰ ا

O, həddi aşanların qayıdacağı yerdir

23

لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابࣰ ا

Onlar orada əsrlər boyu qalacaqlar

24

لَّا يَذُوقُونَ فِيهَا بَرۡدࣰ ا وَلَا شَرَابًا

Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar

25

إِلَّا حَمِيمࣰ ا وَغَسَاقࣰ ا

İçdikləri yalnız qaynar su və irin olacaq –

26

جَزَآءࣰ وِفَاقًا

Törətdikləri əməllərinə uyğun bir cəza kimi

27

إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابࣰ ا

Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər

28

وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابࣰ ا

Ayələrimizi də qətiyyətlə təkzib edirdilər

29

وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبࣰ ا

Biz hər bir şeyi hesablayıb yazmışıq

30

فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا

Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq

31

إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır

32

حَدَآئِقَ وَأَعۡنَٰبࣰ ا

Həmçinin bağlar və üzümlüklər

33

وَكَوَاعِبَ أَتۡرَابࣰ ا

dolğun döşlü həmyaşıd qızlar

34

وَكَأۡسࣰ ا دِهَاقࣰ ا

və ləbələb doldurulmuş qədəhlər də vardır

35

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوࣰ ا وَلَا كِذَّٰبࣰ ا

Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər

36

جَزَآءࣰ مِّن رَّبِّكَ عَطَآءً حِسَابࣰ ا

Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir

37

رَّبُّ اُ۬لسَّمَٰوَٰتِ وَاَلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا اَ۬لرَّحۡمَٰنُۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابࣰ ا

Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar

38

يَوۡمَ يَقُومُ اُ۬لرُّوحُ وَاَلۡمَلَٰٓئِكَةُ صَفࣰّ اۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ اُ۬لرَّحۡمَٰنُ وَقَالَ صَوَابࣰ ا

Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq

39

ذَٰلِكَ اَ۬لۡيَوۡمُ اُ۬لۡحَقُّۖ فَمَن شَآءَ اَ۪تَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar

40

إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابࣰ ا قَرِيبࣰ ا يَوۡمَ يَنظُرُ اُ۬لۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ اُ۬لۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”