Sure #70Meccan44 VersesJuz 29
المعارج

Sure Al-Ma'arij

Meaning: The Ascending Stairways

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

سَأَلَ سَآئِلُۢ بِعَذَابࣲ وَاقِعࣲ‏

İstəyən kimsə baş verəcək əzabı istədi –

2

لِّلۡكٰ۪فِرِينَ لَيۡسَ لَهُۥ دَافِعࣱ‏

bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq

3

مِّنَ اَ۬للَّهِ ذِي اِ۬لۡمَعَارِجِ

O, dərəcələr sahibi olan Allahdandır

4

تَعۡرُجُ اُ۬لۡمَلَٰٓئِكَةُ وَاَلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمࣲ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةࣲ‏

Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar

5

فَاَصۡبِرۡ صَبۡرࣰ ا جَمِيلًا

Sən təmkinlə səbir et

6

إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدࣰ ا

Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər

7

وَنَر۪ىٰهُ قَرِيبࣰ ا

Biz isə onun yaxın olduğunu görürük

8

يَوۡمَ تَكُونُ اُ۬لسَّمَآءُ كَاَلۡمُهۡلِ

O gün göy əridilmiş metal kimi olacaqdır

9

وَتَكُونُ اُ۬لۡجِبَالُ كَاَلۡعِهۡنِ

Dağlar da didilmiş yuna bənzəyəcəklər

10

وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمࣰ ا

Dost dostunun halını xəbər almayacaq

11

يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ اُ۬لۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۢ بِبَنِيهِ

Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını

12

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ

həyat yoldaşını və qardaşını

13

وَفَصِيلَتِهِ اِ۬لَّتِي تُـٔۡوِيهِ

ona sığınacaq vermiş nəslini

14

وَمَن فِي اِ۬لۡأَرۡضِ جَمِيعࣰ ا ثُمَّ يُنجِيهِ

və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin

15

كَلَّآۖ إِنَّهَا لَظٜ يٰ

Xeyr! Bu, alovu şölələnən Oddur –

16

نَزَّاعَةࣱ لِّلشَّوٜ يٰ

başın dərisini sıyırıb çıxaran bir od

17

تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلّٜ يٰ

O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

18

وَجَمَعَ فَأَوۡعٜ يٰٓ

və mal-dövlət yığıb saxlayanı

19

إِنَّ اَ۬لۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا

Həqiqətən, insan kəmhövsələ yaradılmışdır

20

إِذَا مَسَّهُ اُ۬لشَّرُّ جَزُوعࣰ ا

Ona bir pislik toxunduqda özündən çıxır

21

وَإِذَا مَسَّهُ اُ۬لۡخَيۡرُ مَنُوعًا

bir xeyir nəsib olduqda isə xəsislik edir

22

إِلَّا اَ۬لۡمُصَلِّينَ

Namaz qılanlar istisnadır

23

اَ۬لَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ

O kəslər ki, namazlarını həmişə qılırlar

24

وَاَلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقࣱّ مَّعۡلُومࣱ‏

O kəslər ki, onların mallarında məlum bir haqq vardır

25

لِّلسَّآئِلِ وَاَلۡمَحۡرُومِ

dilənən və həya edib dilənməyən miskinlər üçün

26

وَاَلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ اِ۬لدِّينِ

O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər

27

وَاَلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ

O kəslər ki, Rəbbinin əzabından qorxurlar

28

إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونࣲ‏

Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil

29

وَاَلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ

O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

30

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ

zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar

31

فَمَنِ اِ۪بۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ اُ۬لۡعَادُونَ

Bundan artığını istəyənlər isə həddi aşanlardır

32

وَاَلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ

O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar

33

وَاَلَّذِينَ هُم بِشَهَٰدَتِهِمۡ قَآئِمُونَ

O kəslər ki, şahidliklərində mətindirlər

34

وَاَلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ

Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar

35

أُوْلَٰٓئِكَ فِي جَنَّٰتࣲ مُّكۡرَمُونَ

Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır

36

فَمَالِ اِ۬لَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ

Sənə doğru tələsən kafirlərə nə olub belə –

37

عَنِ اِ۬لۡيَمِينِ وَعَنِ اِ۬لشِّمَالِ عِزِينَ

sağdan-soldan dəstələrlə ətrafına yığışırlar

38

أَيَطۡمَعُ كُلُّ اُ۪مۡرِيࣲٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمࣲ‏

Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər

39

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ

Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik

40

۞فَلَآ أُقۡسِمُ بِرَبِّ اِ۬لۡمَشَٰرِقِ وَاَلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –

41

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرࣰ ا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz

42

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ اُ۬لَّذِي يُوعَدُونَ

Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər

43

يَوۡمَ يَخۡرُجُونَ مِنَ اَ۬لۡأَجۡدَاثِ سِرَاعࣰ ا كَأَنَّهُمۡ إِلَىٰ نَصۡبࣲ يُوفِضُونَ

O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar

44

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةࣱۚ ذَٰلِكَ اَ۬لۡيَوۡمُ اُ۬لَّذِي كَانُواْ يُوعَدُونَ

O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün