Sure #69Meccan52 VersesJuz 29
الحاقة

Sure Al-Haqqah

Meaning: The Reality

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

اِ۬لۡحَآقَّةُ

Haqq olan Qiyamət

2

مَا اَ۬لۡحَآقَّةُ

Nədir haqq olan Qiyamət

3

وَمَآ أَدۡر۪ىٰكَ مَا اَ۬لۡحَآقَّةُ

Sən nə biləsən ki, nədir haqq olan Qiyamət

4

كَذَّبَت ثَّمُودُ وَعَادُۢ بِالۡقَارِعَةِ

Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar

5

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِالطَّاغِيَةِ

Səmud tayfası qorxunc bir səslə məhv edildi

6

وَأَمَّا عَادࣱ فَأُهۡلِكُواْ بِرِيحࣲ صَرۡصَرٍ عَاتِيَةࣲ‏

Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi

7

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالࣲ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومࣰ اۖ فَتَرَى اَ۬لۡقَوۡمَ فِيهَا صَرۡعٜ يٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةࣲ‏

Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin

8

فَهَل تَّر۪يٰ لَهُم مِّنۢ بَاقِيَةࣲ‏

Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi

9

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قِبَلَهُۥ وَاَلۡمُؤۡتَفِكَٰتُ بِالۡخَاطِئَةِ

Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər

10

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةࣰ رَّابِيَةً

Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı

11

إِنَّا لَمَّا طَغَا اَ۬لۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي اِ۬لۡجَارِيَةِ

Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq

12

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةࣰ وَتَعِيَهَآ أُذُنࣱ وَٰعِيَةࣱ‏

Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik

13

۞فَإِذَا نُفِخَ فِي اِ۬لصُّورِ نَفۡخَةࣱ وَٰحِدَةࣱ‏

Sur bircə dəfə üfürüləcəyi

14

وَحُمِلَتِ اِ۬لۡأَرۡضُ وَاَلۡجِبَالُ فَدُكَّتَا دَكَّةࣰ وَٰحِدَةࣰ‏

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

15

فَيَوۡمَئِذࣲ وَقَعَتِ اِ۬لۡوَاقِعَةُ

həmin gün Vaqiə qopacaq

16

وَاَنشَقَّتِ اِ۬لسَّمَآءُ فَهۡيَ يَوۡمَئِذࣲ وَاهِيَةࣱ‏

Göy yarılacaq və həmin gün o, süst olacaqdır

17

وَاَلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذࣲ ثَمَٰنِيَةࣱ‏

Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır

18

يَوۡمَئِذࣲ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةࣱ‏

O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir

19

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ اُ۪قۡرَءُواْ كِتَٰبِيَهۡ

Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı

20

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”

21

فَهۡوَ فِي عِيشَةࣲ رَّاضِيَةࣲ‏

O, xoşbəxt həyat sürəcəkdir –

22

فِي جَنَّةٍ عَالِيَةࣲ‏

uca bir Cənnətdə –

23

قُطُوفُهَا دَانِيَةࣱ‏

elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır

24

كُلُواْ وَاَشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي اِ۬لۡأَيَّامِ اِ۬لۡخَالِيَةِ

Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir

25

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi

26

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

Hesabımdan da xəbərim olmayaydı

27

يَٰلَيۡتَهَا كَانَتِ اِ۬لۡقَاضِيَةَ

Kaş ilk ölümüm həmişəlik olaydı

28

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَه

Var-dövlətim məni əzabdan qurtarmadı

29

هَّلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

Hökmranlığım da məhv olub getdi”

30

خُذُوهُ فَغُلُّوهُ

Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin

31

ثُمَّ اَ۬لۡجَحِيمَ صَلُّوهُ

Sonra da Cəhənnəmə atın

32

ثُمَّ فِي سِلۡسِلَةࣲ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعࣰ ا فَاَسۡلُكُوهُ

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun

33

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِاللَّهِ اِ۬لۡعَظِيمِ

Çünki o, Böyük Allaha iman gətirmirdi

34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ اِ۬لۡمِسۡكِينِ

və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi

35

فَلَيۡسَ لَهُ اُ۬لۡيَوۡمَ هَٰهُنَا حَمِيمࣱ‏

Bu gün burada onun üçün bir dost tapılmaz

36

وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينࣲ‏

Qanlı irindən başqa yeməyi də yoxdur

37

لَّا يَأۡكُلُهُۥٓ إِلَّا اَ۬لۡخَٰطِـُٔونَ

Onu ancaq günahkarlar yeyər”

38

فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

And içirəm həm gördüklərinizə

39

وَمَا لَا تُبۡصِرُونَ

və həm də görmədiklərinizə

40

إِنَّهُۥ لَقَوۡلُ رَسُولࣲ كَرِيمࣲ‏

Bu, möhtərəm bir Elçinin sözüdür

41

وَمَا هُوَ بِقَوۡلِ شَاعِرࣲۚ قَلِيلࣰ ا مَّا تُؤۡمِنُونَ

O, şair sözü deyildir! Necə də az inanırsınız

42

وَلَا بِقَوۡلِ كَاهِنࣲۚ قَلِيلࣰ ا مَّا تَذَّكَّرُونَ

O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz

43

تَنزِيلࣱ مِّن رَّبِّ اِ۬لۡعَٰلَمِينَ

O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir

44

وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ اَ۬لۡأَقَاوِيلِ

Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi

45

لَأَخَذۡنَا مِنۡهُ بِالۡيَمِينِ

Biz onu sağ əlindən yaxalayar

46

ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ اُ۬لۡوَتِينَ

sonra da şah damarını kəsərdik

47

فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

İçərinizdən heç kəs buna mane ola bilməzdi

48

وَإِنَّهُۥ لَتَذۡكِرَةࣱ لِّلۡمُتَّقِينَ

Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir

49

وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik

50

وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى اَ۬لۡكٰ۪فِرِينَ

Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır

51

وَإِنَّهُۥ لَحَقُّ اُ۬لۡيَقِينِ

Sözsüz ki, bu Quran əsl həqiqətdir

52

فَسَبِّحۡ بِاسۡمِ رَبِّكَ اَ۬لۡعَظِيمِ

Elə isə Böyük Rəbbinin adına təriflər de