☪
Dua və Namaz VaxtıDəqiq Namaz Vaxtları və İslami Bələdçi
86. SureMeccan17 Verses30. Cüz
الطارق

At-Tariq Suresi

Anlamı: The Morning Star

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَاَلسَّمَآءِ وَاَلطَّارِقِ

And olsun səmaya və gecə yolçusuna

وَمَآ أَدۡر۪ىٰكَ مَا اَ۬لطَّارِقُ

Sən nə bilirsən ki, gecə yolçusu nədir

اُ۬لنَّجۡمُ اُ۬لثَّاقِبُ

Bu, qaranlıqları dəlib keçən ulduzdur

إِن كُلُّ نَفۡسࣲ لَّمَا عَلَيۡهَا حَافِظࣱ‏

Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın

فَلۡيَنظُرِ اِ۬لۡإِنسَٰنُ مِمَّ خُلِقَ

Qoy insan nədən yaradıldığına bir baxsın

خُلِقَ مِن مَّآءࣲ دَافِقࣲ‏

O, süzülüb tökülən bir mayedən yaradılmışdır

يَخۡرُجُ مِنۢ بَيۡنِ اِ۬لصُّلۡبِ وَاَلتَّرَآئِبِ

Bu maye bel və köks sümükləri arasından çıxır

إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرࣱ‏

Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir

يَوۡمَ تُبۡلَى اَ۬لسَّرَآئِرُ

Sirlərin sınaqdan keçiriləcəyi gün

فَمَا لَهُۥ مِن قُوَّةࣲ وَلَا نَاصِرࣲ‏

onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar

وَاَلسَّمَآءِ ذَاتِ اِ۬لرَّجۡعِ

And olsun yağmurla qayıdan göyə

وَاَلۡأَرۡضِ ذَاتِ اِ۬لصَّدۡعِ

And olsun növbənöv bitkilərlə yarılan yerə

إِنَّهُۥ لَقَوۡلࣱ فَصۡلࣱ‏

Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır

وَمَا هُوَ بِالۡهَزۡلِ

O, əyləncə də deyildir

إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدࣰ ا

Həqiqətən, kafirlər hiylə qururlar

وَأَكِيدُ كَيۡدࣰ ا

Mən də hiylə qururam

فَمَهِّلِ اِ۬لۡكٰ۪فِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا

Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver