99. Surəsi • Mədinə • 8 Ayə

Az-Zalzalah Surəsi

الزلزلة
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Translation: Diyanet İşleri Başkanlığı & Sahih International

1
99:1

إِذَا زُلۡزِلَتِ اِ۬لۡأَرۡضُ زِلۡزَالَهَا

Yer titrəyib lərzəyə gələcəyi zaman

2
99:2

وَأَخۡرَجَتِ اِ۬لۡأَرۡضُ أَثۡقَالَهَا

Yer öz yükünü bayıra atacağı

3
99:3

وَقَالَ اَ۬لۡإِنسَٰنُ مَا لَهَا

və insan: “Ona nə olub?”– deyəcəyi zaman –

4
99:4

يَوۡمَئِذࣲ تُحَدِّثُ أَخۡبَارَهَا

həmin gün yer öz əhvalatlarını danışacaqdır

5
99:5

بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا

Çünki Rəbbin ona vəhy edəcəkdir

6
99:6

يَوۡمَئِذࣲ يَصۡدُرُ اُ۬لنَّاسُ أَشۡتَاتࣰ ا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər

7
99:7

فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرࣰ ا يَرَهُۥ

Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır

8
99:8

وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةࣲ شَرࣰّ ا يَرَهُۥ

Zərrə qədər pislik edən də əvəzini alacaqdır