Sure #85Meccan22 VersesJuz 30
البروج

Sure Al-Buruj

Meaning: The Mansions of the Stars

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

وَاَلسَّمَآءِ ذَاتِ اِ۬لۡبُرُوجِ

And olsun bürclü göyə

2

وَاَلۡيَوۡمِ اِ۬لۡمَوۡعُودِ

And olsun vədə verilmiş günə

3

وَشَاهِدࣲ وَمَشۡهُودࣲ‏

And olsun şahidlik edənə və edilənə

4

قُتِلَ أَصۡحَٰبُ اُ۬لۡأُخۡدُودِ

Məhv olsun xəndək kənarında yığışanlar

5

اِ۬لنّ۪ارِ ذَاتِ اِ۬لۡوَقُودِ

Odunla alışdırılmış xəndək

6

إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودࣱ‏

Onlar o xəndəyin qırağında oturub

7

وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِالۡمُؤۡمِنِينَ شُهُودࣱ‏

möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər

8

وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِاللَّهِ اِ۬لۡعَزِيزِ اِ۬لۡحَمِيدِ

Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar

9

اِ۬لَّذِي لَهُۥ مُلۡكُ اُ۬لسَّمَٰوَٰتِ وَاَلۡأَرۡضِۚ وَاَللَّهُ عَلَىٰ كُلِّ شَيۡءࣲ شَهِيدٌ

Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir

10

إِنَّ اَ۬لَّذِينَ فَتَنُواْ اُ۬لۡمُؤۡمِنِينَ وَاَلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ اُ۬لۡحَرِيقِ

O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır

11

إِنَّ اَ۬لَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ اُ۬لصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتࣱ تَجۡرِي مِن تَحۡتِهَا اَ۬لۡأَنۡهَٰرُۚ ذَٰلِكَ اَ۬لۡفَوۡزُ اُ۬لۡكَبِيرُ

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir

12

۞إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ

Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir

13

إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ

Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir

14

وَهۡوَ اَ۬لۡغَفُورُ اُ۬لۡوَدُودُ

Bağışlayan da, Sevən də Odur

15

ذُو اُ۬لۡعَرۡشِ اِ۬لۡمَجِيدُ

Ərşin sahibidir, Şan-şöhrətlidir

16

فَعَّالࣱ لِّمَا يُرِيدُ

İstədiyini edəndir

17

هَلۡ أَتَىٰكَ حَدِيثُ اُ۬لۡجُنُودِ

Qoşunlar haqqında əhvalat sənə çatıbmı

18

فِرۡعَوۡنَ وَثَمُودَ

Firon və Səmud qoşunlarının

19

بَلِ اِ۬لَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبࣲ‏

Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar

20

وَاَللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ

Allah onları arxadan əhatə etmişdir

21

بَلۡ هُوَ قُرۡءَانࣱ مَّجِيدࣱ‏

Bəli, bu şanlı Qurandır

22

فِي لَوۡحࣲ مَّحۡفُوظِۢ

O, mühafizə edilən lövhədədir