Sure #83Meccan36 VersesJuz 30
المطففين

Sure Al-Mutaffifin

Meaning: The Defrauding

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

وَيۡلࣱ لِّلۡمُطَفِّفِينَ

Çəkidə və ölçüdə aldadanların vay halına

2

اَ۬لَّذِينَ إِذَا اَ۪كۡتَالُواْ عَلَى اَ۬لنّ۪اسِ يَسۡتَوۡفُونَ

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər

3

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ

onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar

4

أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ

Onlar dirildiləcəklərini fikirləşmirlərmi

5

لِيَوۡمٍ عَظِيمࣲ‏

Həm də əzəmətli bir gündə

6

يَوۡمَ يَقُومُ اُ۬لنَّاسُ لِرَبِّ اِ۬لۡعَٰلَمِينَ

O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar

7

كَلَّآ إِنَّ كِتَٰبَ اَ۬لۡفُجّ۪ارِ لَفِي سِجِّينࣲ‏

Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir

8

وَمَآ أَدۡر۪ىٰكَ مَا سِجِّينࣱ‏

Sən haradan biləsən ki, Siccin nədir

9

كِتَٰبࣱ مَّرۡقُومࣱ‏

O, yazılı bir kitabdır

10

وَيۡلࣱ يَوۡمَئِذࣲ لِّلۡمُكَذِّبِينَ

O gün haqqı yalan hesab edənlərin vay halına

11

اَ۬لَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ اِ۬لدِّينِ

O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər

12

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ

Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz

13

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ اُ۬لۡأَوَّلِينَ

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir

14

كَلَّاۖ بَل رَّانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ

Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür

15

كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذࣲ لَّمَحۡجُوبُونَ

Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək

16

ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ اُ۬لۡجَحِيمِ

Sonra onlar Cəhənnəmə girəcəklər

17

ثُمَّ يُقَالُ هَٰذَا اَ۬لَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ

və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”

18

۞كَلَّآ إِنَّ كِتَٰبَ اَ۬لۡأَبۡر۪ارِ لَفِي عِلِّيِّينَ

Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir

19

وَمَآ أَدۡر۪ىٰكَ مَا عِلِّيُّونَ

Sən haradan biləsən ki, İlliyyun nədir

20

كِتَٰبࣱ مَّرۡقُومࣱ‏

O, elə bir yazılı kitabdır ki

21

يَشۡهَدُهُ اُ۬لۡمُقَرَّبُونَ

onu yalnız Allaha yaxın olanlar görürlər

22

إِنَّ اَ۬لۡأَبۡرَارَ لَفِي نَعِيمٍ

Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar

23

عَلَى اَ۬لۡأَرَآئِكِ يَنظُرُونَ

Onlar taxtlar üstündə seyrə dalacaqlar

24

تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ اَ۬لنَّعِيمِ

Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən

25

يُسۡقَوۡنَ مِن رَّحِيقࣲ مَّخۡتُومٍ

Onlara möhürlü şərabdan içirdiləcəkdir

26

خِتَٰمُهُۥ مِسۡكࣱۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ اِ۬لۡمُتَنَٰفِسُونَ

Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər

27

وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ

Onun qatışığı isə təsnim bulağındandır

28

عَيۡنࣰ ا يَشۡرَبُ بِهَا اَ۬لۡمُقَرَّبُونَ

O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər

29

إِنَّ اَ۬لَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ اَ۬لَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər

30

وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ

onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər

31

وَإِذَا اَ۪نقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمِ اِ۪نقَلَبُواْ فَٰكِهِينَ

öz ailələrinin yanına fərəhlə qayıdırdılar

32

وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ

möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”

33

وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ

Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar

34

فَاَلۡيَوۡمَ اَ۬لَّذِينَ ءَامَنُواْ مِنَ اَ۬لۡكُفّ۪ارِ يَضۡحَكُونَ

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər

35

عَلَى اَ۬لۡأَرَآئِكِ يَنظُرُونَ

Onlar taxtlar üstündə ətrafa baxacaqlar

36

هَلۡ ثُوِّبَ اَ۬لۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ

Kafirlər törətdiklərinin cəzasını aldılarmı