Sure #100Meccan11 VersesJuz 30
العاديات

Sure Al-'Adiyat

Meaning: The Courser

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
1

وَاَلۡعَٰدِيَٰتِ ضَبۡحࣰ ا

And olsun tövşüyə-tövşüyə çapanlara

2

فَاَلۡمُورِيَٰتِ قَدۡحࣰ ا

And olsun dırnaqları ilə qığılcım çıxaranlara

3

فَاَلۡمُغِيرَٰتِ صُبۡحࣰ ا

And olsun sübh çağı həmlə edənlərə ki

4

فَأَثَرۡنَ بِهِۦ نَقۡعࣰ ا

hücuma keçib tozanaq qaldıraraq

5

فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا

qoşunun içərisinə soxulurlar

6

إِنَّ اَ۬لۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودࣱ‏

Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur

7

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدࣱ‏

Özü də bunun şahididir

8

وَإِنَّهُۥ لِحُبِّ اِ۬لۡخَيۡرِ لَشَدِيدٌ

Həqiqətən, o, var-dövlətə çox hərisdir

9

۞أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي اِ۬لۡقُبُورِ

Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı

10

وَحُصِّلَ مَا فِي اِ۬لصُّدُورِ

və kökslərdə olanlar aşkar ediləcəyi zaman –

11

إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذࣲ لَّخَبِيرُۢ

məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır