---
title: "Al-'Alaq Surəsi | Dua və Namaz Vaxtı"
description: "Al-'Alaq Surəsi, 19 Ayə. 114 surənin hamısı, ayə-ayə ərəbcə tilavət, səhih Azərbaycan dilində Qurani-Kərim tərcüməsi və səsli dinləmə imkanı."
url: "https://duavenamazvakti.troyaapp.com/az/kuran-i-kerim/alak-suresi"
lang: "az"
format: markdown
generator: "duavenamaz-go/1.0"
---

96. Surəsi • Məkkə • 19 Ayə

# Al-'Alaq Surəsi

العلق

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Translation: Diyanet İşleri Başkanlığı & Sahih International

A-
A+

1

96:1

اِ۪قۡرَأۡ بِاسۡمِ رَبِّكَ اَ۬لَّذِي خَلَقَ

Yaradan Rəbbinin adı ilə oxu

2

96:2

خَلَقَ اَ۬لۡإِنسَٰنَ مِنۡ عَلَقٍ

O, insanı qan laxtasından yaratdı

3

96:3

اِ۪قۡرَأۡ وَرَبُّكَ اَ۬لۡأَكۡرَمُ

Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir

4

96:4

اُ۬لَّذِي عَلَّمَ بِالۡقَلَمِ

O, qələmlə yazmağı öyrətdi

5

96:5

عَلَّمَ اَ۬لۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ

İnsana bilmədiklərini öyrətdi

6

96:6

كَلَّآ إِنَّ اَ۬لۡإِنسَٰنَ لَيَطۡغٜ يٰٓ

Xeyr! İnsan, doğrudan da, həddini aşır –

7

96:7

أَن رَّء۪اهُ اُ۪سۡتَغۡنٜ يٰٓ

özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə

8

96:8

إِنَّ إِلَىٰ رَبِّكَ اَ۬لرُّجۡعٜ يٰٓ

Axı son dönüşün Rəbbinədir

9

96:9

أَرَءَيۡتَ اَ۬لَّذِي يَنۡهٜ يٰ

Gördünmü o kəsi ki, mane olur –

10

96:10

عَبۡدًا إِذَا صَلّٜ يٰٓ

bir bəndəyə namaz qıldığı zaman

11

96:11

أَرَءَيۡتَ إِن كَانَ عَلَى اَ۬لۡهُدٜ يٰٓ

Söylə görək, əgər o bəndə doğru yoldadırsa

12

96:12

أَوۡ أَمَرَ بِالتَّقۡوٜ يٰٓ

yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun

13

96:13

أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلّٜ يٰٓ

Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun

14

96:14

أَلَمۡ يَعۡلَم بِأَنَّ اَ۬للَّهَ يَر۪يٰ

Məgər o bilmir ki, Allah görür

15

96:15

كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِالنَّاصِيَةِ

Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –

16

96:16

نَاصِيَةࣲ كَٰذِبَةٍ خَاطِئَةࣲ‏

yalançı, günahkar kəkilindən

17

96:17

فَلۡيَدۡعُ نَادِيَهُۥ

Qoy öz yığnağını çağırsın

18

96:18

سَنَدۡعُ اُ۬لزَّبَانِيَةَ

Biz də əzab mələklərini çağıracağıq

19

96:19

كَلَّا لَا تُطِعۡهُ وَاَسۡجُدۡۤ وَاَقۡتَرِب۩

Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş
